Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Sonuncu iki qarşılaşma ilə bütün 1/4 finalçıların adlarına aydınlıq gəlib.

“Atletiko” “Bayer”lə, “Monako” da “Mançester Siti” ilə qarşılaşıb.

Səfərdə “Bayer”i 4:2 hesabı ilə üstələyən “Atletiko” mərhələ adlamaq vəzifəsinin öhdəsindən gəlib. Madriddə keçirilən cavab oyununda tərəflərdən heç biri fərqlənə bilməyib və bu hesab "hindular"ı növbəti mərhələyə çıxarıb.

Günün digər qarşılaşması olan “Monako” – “Mançester Siti” matçında isə dramatik anlar yaşanıb. Gərgin mübarizə şəraitində keçən oyunda hesab meydan sahibləri açıblar. İlk 30 dəqiqədə iki qol vuran fransızlar fasiləyə üstün tərəf kimi yollanıblar. İkinci hissədə "şəhərlilər" Leroy Sane ilə hesabı bərabərləşdirsələr də, onların bu sevinci çox çəkməyib. Bokoyako 5 dəqiqə sonra fərqi artırıb. Bu hesab "knyazlıq klubu"nu 1/4 finala çıxaran nəticə olduğu üçün mançesterlilər son dəqiqələri hücumda keçiriblər. Ancaq Qvardiolanın komandasının cəhdləri fayda verməyib. 3:1 hesablı qələbə "Monako"nu növbəti mərhələyə çıxarıb.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
15 mart

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) - 0:0
İlk oyun - 4:2

“Monako” (Fransa) – “Mançester Siti” (İngiltərə) - 3:1
Qollar: Mbappe, 8, Fabinyo, 29, Bakayako, 77 - Sane, 71
İlk oyun – 3:5
Şərhlər
İdman bölməsinin xəbərləri