Bu gün klublarımızın rəqibləri məlum olacaq

Bu gün klublarımızın rəqibləri məlum olacaq Bu gün İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da 2013/2014 mövsümü üçün UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.


Trend-in məlumatına görə, bu turnirdə Azərbaycanı təmsil edəcək paytaxtın "Neftçi" klubu mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Son Azərbaycan çempionu səpələnmişlər səbətində yer alıb.


I təsnifat mərhələsinin iştirakçıları - səpələnmişlər: "Streymur" (Farer adaları), "Tre Penn" (San Marino); səpələnməmişlər: "Lusitanos" (Andorra), "Şirak" (Ermənistan)


II təsnifat mərhələsinin iştirakçıları: - səpələnmişlər: BATE (Belarus), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya), "Viktoriya" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Partizan" (Serbiya), "Legiya" (Polşa), "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Slovan" (Slovakiya), "Elfsborq" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail), "Molde" (Norveç), HJK (Finlandiya), "Ekranas" (Litva), "NEFTÇİ" (Azərbaycan), "Dinamo" (Tbilisi, Gürcüstan); səpələnməmişlər: "Jelezniçar" (Bosniya və Herseqovina), "Hafnarfyordur" (İslandiya), "Qyor" (Macarıstan), TNS (Uels), "Ludoqorets" (Bolqarıstan), "Sliqo Rovers" (İrlandiya), "Şaxtyor" (Qazaxıstan), "Skenderbeu" (Albaniya), "Birkirkara" (Malta), "Kliftonvill" (Şimali İrlandiya), "Vardar" (Makedoniya), "Dauqava" (Latviya), "Sutyeska" (Monteneqro), "Nomme Kalyu" (Estoniya), "Fola" (Lüksemburq), I təsnifat mərhələsinin 2 qalibi


Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul, II təsnifat mərhələsinin görüşləri isə 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.


Bu gün Nyonda, həmçinin 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.


Azərbaycanı Avroliqada 3 komanda - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edəcəklər. Hər üç klubumuz mübarizəyə I təsnifat mərhələsindən start verəcəklər.


Komandalarımız püşk zamanı səpələnmişlər səbətində yer alacaqlar.


Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin ilkin mərhələsində 76 klub mübarizə aparacaq.


Avroliqanın I təsnifat mərhələsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri