Boksçu Lorenzo Sotomayor gümüş medal qazanıb

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunları çərçivəsində Azərbaycan boksçusu Lorenzo Sotomayor final görüşünü keçirib.

APA-nın məlumatına görə, 64 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda Özbəkistan təmsilçisi Fazliddin Qaybnəzərov ilə qarşılaşıb. Bunadək bütün rəqiblərini məğlub edən Lorenzo Sotomayor bu dəfə qələbə qazana bilməyib – 1:2.

Beləliklə, Azərbaycan Rio Olimpiadasında daha bir gümüş medal qazanıb.
Şərhlər
İdman bölməsinin xəbərləri