Avropa Liqası: "Lill” – “Qəbələ” - 1:1

“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirib.


APA-nın məlumatına görə, “qırmızı-qaralar” Fransanın “Lill” klubu ilə qarşılaşıb.

Roman Qriqorçukun yetirmələri çətin Fransa sınağından heç-heçə ilə ayrılmağı bacarıblar – 1:1. Səfərdə oynayan təmsilçimiz mövsümün əvvəlki 4 görüşündə göstərdiyi məhsuldarlığı bu dəfə də davam etdirib.

Bütün matçlarda qol sevinci yaşayan “Qəbələ” bu dəfə hesabı 13-cü dəqiqədə açıb. Nika Kvekveskirinin ötürməsindən sonra Vitali Vernidub meydan sahiblərini məyus edib. Fransalılar yalnız ikinci yarıda hesabı bərabərləşdirib. Fasilədən az sonra Rayan Mendeş fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 4-də Bakıda keçiriləcək.

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
28 iyul

"Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan) - 1:1
Qol: Vitali Vernidub, 12, Mendeş, 47
Baş hakim: Daniel Stefanski
Lill. “Metropol” stadionu
Şərhlər
İdman bölməsinin xəbərləri