AVRO-2016: İngiltərə - İslandiya - 1:2

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə yekun vurulub.

APA-nın məlumatına görə, son oyunda İngiltərə millisi İslandiya ilə qarşılaşıb.

Matç İslandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, İslandiya tarixində ilk dəfə Avropa Çempionatının ¼ final mərhələsinə vəsiqə qazanıb.

Bununla da AVRO-da bütün ¼ final cütlükləri müəyyənləşib:
30 iyun Polşa - Portuqaliya
1 iyul Uels-Belçika
2 iyul Almaniya-İtaliya
3 iyul Fransa- İslandiya

Avropa çempionatı
1/8 final
27 iyun

İngiltərə - İslandiya - 1:2
Qollar: Runi, 4 (pen.) - Siqurdson, 6, Siktorson, 18
Şərhlər
İdman bölməsinin xəbərləri