AVRO-2016: İngiltərə və Uels 1/8 finala vəsiqə qazanıb

Avro-2016-da qrup mərhələsində III turun oyunları davam edir.

Bu gün daha iki oyun keçirilib.

“B” qrupunda Rusiya Uelslə qarşılaşıb. Oyun uelslilərin böyük hesablı qələbəsi ilə başa çatıb 3:0. Üç oyundan 6 xal qazanan Uels yığması qrupda 1-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.

İngiltərə və Slovakiya matçında isə qolsuz bərabərlik qeydə alınıb. Beləliklə, İngiltərə yığması 5 xal toplayaraq 2-ci pillədən play-off mərhələsinə adlayıb.

Slovakiya 4 xalla qrupda 3-cü yeri tutub. Rusiya isə AVRO-nu tərk edəcək.

Məlum olduğu kimi, AVRO-2016-da ən yaxşı nəticə göstərən dörd qrup üçüncüsü 1/8 finala vəsiqə qazana biləcək. Beləliklə, Slovakiyanın play-off mərhələsinə yüksəlməsi digər qruplardakı mübarizənin nəticələrindən asılı olacaq.

Avropa çempionatı - 2016
20 iyun

B qrupu
Rusiya - Uels - 0:3
Qollar: Remsi, 11, Teylor, 20, Beyl, 67


Slovakiya – İngiltərə - 0:0



APA
Şərhlər
İdman bölməsinin xəbərləri