Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçirilib

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində ikinci qarşılaşma baş tutub.


“Bavariya İspaniyada “Atletiko”nun qonağı olub.


Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Dieqo Simeonenin yetirmələri 11-ci dəqiqədə Nigezin vurduğu qolla Almaniyadakı cavab matçına minimalhesablı üstünlüklə yollanacaqlar.


1/4 finalda "Barselona"nı sıradan çıxardan "hindular" daha bir Avropa nəhəngini yolundan kənarlaşdırmaq əzmindədi.



Çempionlar Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar

27 aprel
“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya) - 1:0
Qol: Nigez, 11
Şərhlər
İdman bölməsinin xəbərləri