“Qarabağ”ın avrokuboklarda oynayacağı dəqiqləşib

Qarabağ” avrokuboklara vəsiqəni təmin edib. APAnın məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunun oyunlarından sonra Ağdam təmsilçisi çempionatın ilk 4 pilləsində qərarlaşacağı rəsmiləşib.

“Ağ-qaralar”ı arxada qoya bilən 3 komandadan ikisi – “Zirə” və “İnter”in avrokuboklara buraxılmamağı isə əyalət klubunun Avropaya yolunu açıb. Əslində, “Qarabağ”ın böyük ölçüdə medalı da qazandığını söyləmək olar. Ağdamlıların ilk “üçlük”dən kənar qalması isə yalnız möcüzə ilə - 4 komandanın eyni xal toplaması və mini-turnirin keçirilməsi halında mümkündü.

“Qarabağ”ın “dördlük”də yerini təmin etməsi daha iki komandanın çempionluq arzusu ilə vidalaşması deməkdi. Artıq “Qəbələ” və AZAL da 1-cilik üçün nəzəri şanslarını əldən verib. “Qəbələ” şanslarını Sumqayıtda eyniadlı komanda ilə heç-heçə etməklə itiribsə, AZAL ağdamlıların qələbəsindən sonra qızıla “əlvida” deyib.
Şərhlər
İdman bölməsinin xəbərləri