UEFA-dan "Qarabağ"a 900 min avroya yaxın vəsait

UEFA-nın ayırdığı 878.570 avro vəsait AFFA tərəfindən “Qarabağ” klubunun hesabına köçürülüb.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, bu vəsaitin bir hissəsi – 529.000 avro – UEFA Avropa Liqasının 2015/2016-cı il mövsümünün qrup mərhələsində 1 qələbə və 1 heç-heçəyə görə UEFA-nın ayırdığı bonus məbləğ, 349.570 avro isə Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsaitdir.
Şərhlər
İdman bölməsinin xəbərləri