“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli olub



Azərbaycan komandaları Avropa Liqasının qrup mərhələsində güclü rəqiblərlə mübarizə aparacaq

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Monakoda keçirilən mərasimdə iki Azərbaycan komandasının rəqibləri müəyyənləşib.

Qrup mərhələsində çıxış edəcək 48 komanda 12 qrupa bölünüb. 4 mərhələ keçib, tarixində ilk dəfə əsas raunda yüksələn “Qəbələ” C qrupunda yer alıb. Təmsilçimizin rəqibləri “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya) olacaq.

Azərbaycan çempionu “Qarabağ” ikinci dəfə mübarizə apardığı qrup mərhələsində “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa) ilə qüvvəsini sınayacaq. Bu komandalar J qrupunda qərarlaşıb.

A qrupu: “Ayaks” (Hollandiya), “Seltik” (Şotlandiya), “Fənərbağça” (Türkiyə), “Molde” (Norveç)

B qrupu: “Rubin” (Rusiya), “Liverpul” (İngiltərə), “Bordo” (Fransa), “Syon” (İsveçrə)

C qrupu: “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan), “Krasnodar” (Rusiya), “QƏBƏLƏ” (AZƏRBAYCAN)

D qrupu: “Napoli” (İtaliya), “Brügge” (Belçika), “Legiya” (Polşa), “Midtyulland” (Danimarka)

E qrupu: “Vilyareal” (İspaniya), “Viktoriya” (Çexiya), “Rapid” (Avstriya), “Dinamo” (Belarus)

F qrupu: “Marsel” (Fransa), “Braqa” (Portuqaliya), “Slovan” (Çexiya), “Qroninhen” (Hollandiya)

G qrupu: “Dnepr” (Ukrayna), “Latsio” (İtaliya), “Sent-Etyenn” (Fransa), “Rusenborq” (Norveç)

H qrupu: “Sportinq” (Portuqaliya), “Beşiktaş” (Türkiyə), “Lokomotiv” (Rusiya), “Skenderbeu” (Albaniya)

İ qrupu: “Bazel” (İsveçrə), “Fiorentina” (İtaliya), “Lex” (Polşa), “Belenenseş” (Portuqaliya)

J qrupu: “Tottenhem” (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “QARABAĞ” (AZƏRBAYCAN)

K qrupu: “Şalke” (Almaniya), APOEL (Kipr), “Sparta” (Çexiya), “Asteras” (Yunanıstan)

L qrupu: “Atletik” (İspaniya), “Alkmaar” (Hollandiya), “Auqsburq” (Almaniya), “Partizan” (Serbiya)

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1 oktyabr, 22 oktyabr, 5 noyabr, 26 noyabr və 10 dekabrda keçiriləcək. Hər qrupda ilk iki yeri tutan komandalar 1/16 finala yüksələcək.
Şərhlər
İdman bölməsinin xəbərləri