Avropa Liqası: "Atletik" - "İnter" - 2:0

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” UEFA Avropa Liqası III turunda ilk oyununu keçirib.

APA-nın məlumatına görə, “bankirlər” İspaniyada “Atletik”in qonağı olub.

Tarixində ilk dəfə 3-cü mərhələyə adlayan “İnter” həm də ispan klubları ilə qarşılaşacaq ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Matç gözlənildiyi kimi ispanların üstünlüyü ilə başa çatıb. Ev sahibləri hər iki hissənin əvvəlində vurduqları qollarla oyundan 2:0 hesablı qələbə ilə ayrılıblar.

Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun


"Atletik" (Bilbao, İspaniya) - "İnter" (Bakı, Azərbaycan) - 2:0
Qol: Eraso, 12, 49

Baş hakim: Stavros Tritsonis
Şərhlər
İdman bölməsinin xəbərləri