İlk Avropa Oyunlarının açılış mərasimi belə olacaq - GÖRÜNTÜLƏR

Birinci Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. APA TV-nin xəbərinə görə, açılış mərasimi üçün bütün hazırlıq işləri başa çatdırılıb.

İyunun 12-də yerli vaxtla saat 21:00-da başlanacaq mərasim Bakı-2015 Birinci Avropa Oyunlarının rəsmi saytında canlı yayımlanacaq.

"Bakı-2015"-in möhtəşəm açılış mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq. Bədii rəhbəri Dimitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək.

"Bakı-2015"-in açılış mərasimi unudulmaz tədbir üçün bütün imkanlara sahibdir və buna dünya miqyasında keçirilən canlı yarış mərasimlərinə başçılıq edən dünyanın ən təcrübəli və tanınmış peşəkarlarından biri olan Katerina Uqvu nəzarət edəcək. O, Mançester şəhər stadionunda keçirilmiş XVII Birləşmiş Krallıq Oyunları üçün bağlanış mərasiminə prodüserlik etdikdən sonra 2006-cı ildə Qətərin Doha şəhərində baş tutmuş 15-ci Asiya Oyunlarının açılış mərasiminə də prodüserlik edib. Katerina 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarının açılış, bağlanış və qələbə mərasimlərinin Strateji Mərhələsi üçün əsas prodüser vəzifəsini icra edib. "Bakı-2015"-ə qədər onun ən böyük layihəsi 2012-ci ildə Londonda keçirilmiş Olimpiya və Paralimpiya Oyunlarının icraçı prodüseri olmasıdır. O, 2012-ci ildə London Olimpiya və Paralimpiya Oyunlarına verdiyi əhəmiyyətli töhfələrə görə 2013-cü ildə "Britaniya İmperiyasının Order Üzvü" adına layiq görülüb.



Şərhlər
İdman bölməsinin xəbərləri