Bakıda mənzildə 67 yaşlı kişinin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (DHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1948-ci il təvəllüdlü Zamanov Eduard Yusif oğlunun bağlı qapı arxasında qalması barədə daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar etmişlər. E.Zamanovun cəsədi aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:55-də başa çatıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri