Tanınmış modeli döyərək şantaj etməkdə təqsirləndirilən şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib


Tanınmış model, 2017-ci ildə Azərbaycan gözəli seçilən Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynovun məhkəməsinin hazırlıq iclası keçirilib.


 Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev məhkəmənin baxışa verilməsini və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını təklif edib.


Daha sonra zərərçəkmiş şəxsin vəkilləri prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb.


Təqsirləndirilən şəxs Ziya Hüseynzadə isə ona qarşı irəli sürülən ittihamların sifarişli və qurma olduğunu əsaslandıran sübutlarının olduğunu deyib. O, istintaqın işindən narazı olduğunu bildirib, lakin məhkəmədə ədalətin bərqərar olunacağına ümidini ifadə edib.


Daha sonra müşavirədən qayıdan məhkəmə zərərçəkmiş şəxslərin vəkillərinin vəsatətinin qismən təmin edilməsini, eyni zamanda prosesin məhkəmə baxışına verildiyini elan edib.


Məhkəmənin ilk baxış iclası yanvarın 22-nə təyin edilib.


Qeyd edək ki, Ziya Hüseynova qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.




Report

Şərhlər
Hadisə bölməsinin xəbərləri