Şəkidə 75 yaşlı kişi intihar edib

Şəkidə intihar olub.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri L. Talstoy küçəsi ev 3/1 ünvanında yaşayan, 1940-cı il təvəllüdlü Fikrət Nux oğlu Qəhrəmanovun meyiti yaşadığı ünvanda asılmış halda yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə çağırılmış rayon hüquq-mühafizə orqan əməkdaşlarının araşdırması zamanı 75 yaşlı Fikrət Qəhrəmanovun intihar etdiyi müəyyən olunub.

Məlumata görə, F. Qəhrəmanov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri