Avropada “Ferrari”ni sərxoş halda sürən azərbaycanlı kimdir? (FOTO)

Avropada “Ferrari”ni sərxoş halda sürən azərbaycanlı kimdir? (FOTO) Çexiyada dərc olunan qəzetlər yazır ki, polis paytaxt Praqanın mərkəzindəki “Wenceslas” meydanında 22 yaşlı azərbaycanlının sərxoş vəziyyətdə idarə etdiyi “Ferrari” markalı avtomobilini saxlayıb.

Polis maşını saxlayanda sürücünün ayaqları arasında saxladığı pivə şüşəsini görüb. Başqa bir açıq pivə tənəkəsi də maşının stəkanlığında olub.

Polisin verdiyi məlumata görə, avtomobil meydanın yalnız piyadalar üçün nəzərdə tutulmuş hissəsində saxlanıb. Yoxlama zamanı sürücünün içkili olduğu üzə çıxıb. Ehtimala görə, gənc avtomobili pivə içə-içə idarə edib.

Bələdiyyə polisi sürücünü dövlət polisi idarəsinə təhvil verib.

“Ferrari”nin bu modeli 150-170 min dollar civarındadır.


ANS

Avropada “Ferrari”ni sərxoş halda sürən azərbaycanlı kimdir? (FOTO)
Avropada “Ferrari”ni sərxoş halda sürən azərbaycanlı kimdir? (FOTO)
Avropada “Ferrari”ni sərxoş halda sürən azərbaycanlı kimdir? (FOTO)
Şərhlər
Hadisə bölməsinin xəbərləri