"Maşın"nın "boz kardinal"ları bunlardır

ANS TV-nin efirində yayımlanan "Maşın" realiti-şouda çoxdandır danışılan "boz kardinallar"ın adları açıqlanıb.

ANS-in məlumatına görə, bu haqda əməkdar artist Mehriban Xanlarova açıqlama verib.

Mehriban Xanlarova bildirib ki, şouda iştirakçıları bir yox, iki "boz kardinal" idarə edir.

Onun sözlərinə görə, bunlardan biri ötən gün yarışı tərk edən Abbas Bağırov, digəri isə Xatirə İslamdır.

Qeyd edək ki, Mehriban Xanlarova bu gün günorta saatlarında efirdən kənarda müğənni Emin Bədəlovla mübahisə edib və əsəbləşərək "boz kardinal"ın adını açıqlayacağını demişdi.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri