Xatirəni “Maşın”dan çıxarmaq istədi

Əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu “Maşın” realiti-şousunun növbəti buraxılışı yayımlanıb.


Iştirakçıların gizli səsverməsi nəticəsində Aşıq Əli yarışmanı tərk etməyə namizəd olub. O, şou boyu çıxaracağı insanın adını deməyib. Mehriban Xanlarova Əlinin kimin adını çəkəcəyini demədiyi üçün özünü hədəf görüb. O, tamaşaçılardan "getsin"ə səs verməyə çağırıb.

Aşıq Əli isə qalib gələrsə dost hesab etdiklərindən birini çıxaracağını deyib. Sonda o, 87.20% səs yığaraq yarışmada qalıb. Aşıq X.İslamın adını demək istəyərkən əməkdar artist Abbas Bağırov maşından əlini çəkib. O, Xatirənin getməsini istəmədiyi üçün bu addımı atıb.

Şouda iştirakını davam etdirənlər əməkdar artistlər M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Bədəlov, ABD M.Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, A.Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.



“Qafqazinfo”
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri