Hacı İbrahim Nehrəmli saxlanılması barədə məlumatlara aydınlıq gətirib
- 15.05.2015, 13:55,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Mən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə vermişəm. Lakin hazırda heç bir cinayət işində adım keçmir. Mənə heç bir cinayət işi açılmayıb".
Bunu APA-ya açıqlamasında iş adamı, “Avesta” Konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) deyib.
O, müəyyən problemlər olduğunu da etiraf edib: "Ölkədən çıxmağıma qadağa qoyulmuşdu. Azərbaycan Beynəlxalq Bankından 78 milyon manat məbləğində kredit götürmüşdüm. Bilirsiniz ki, "Khazar İsland” layihəsini həyata keçirirəm. Banka ödənişdə gecikmə oldu. Beynəlxalq Banka ödəyəcəyim kreditin vaxtı 2019-cu ildə başa çatır. Başqa kreditlərə görə isə heç bir problem yoxdur".
İ. İbrahimov bildirib ki, onun Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasına aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.