İbrahim Nehrəmli "Bandotdel"də ifadə verir

"Onu Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər"

"Avesta" holdinqin sahibi Hacı İbrahim Nehrəmlinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mediada xəbərlər yayılıb. Ancaq hələ nə özügedən saxlanılmanı həyata keçirən orqanlar, nə də iş adamının rəhbərlik etdiyi şirkət tərəfindən hər hansı rəsmi bir açıqlama yoxdur.

Lent.az xəbər verir ki, musavat.com-un əməkdaşı "Avesta" şirkəti ilə əlaqə saxlayaraq söz-söhbətlərin və yayılan materialların nə dərəcədə həqiqətəuyğun olduğunu dəqiqləşdirmək istəyib. Şirkət yetkililərindən biri bildirib ki, Hacı İbrahim Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və hazırda da oradadır: "Hacı İbrahimi Beynəlxalq Bankla bağlı gedən istintaqa görə ifadə almağa dəvət ediblər. Onun istintaqa çəlb edilməsinin "Xəzər adaları" layihəsi ilə heç bir əlaqəsi yoxdur. İstintaqa da özü gedib. Hazırda da oradadır (saat 15.20). Onun həbs ehtimalı yoxdur. Saat 18 radələrində BMCMİ-dən çıxması gözlənilir".
Şərhlər
Hadisə bölməsinin xəbərləri