“Azərbaycan Dəmir Yolları” Türkiyəyə səfər üçün 30 yeni vaqon alacaq

“Azərbaycan Dəmir Yolları” QSC Türkiyəyə səfər üçün yeni vaqonlar alacaq.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

“Bu ilin sonunda Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə veriləndən sonra Türkiyəyə səfərlər başlanacaq. Türkiyəyə səfərlər edilməsi üçün də "Stalker" firması ilə müqavilə imzalanıb. Müqaviləyə əsasən, 30 vaqon alınacaq”, - deyə C.Qurbanov bildirib.

C. Qurbanov əlavə edib ki, bu ilin sonuna kimi həmin qatarların ölkəyə gətirilməsi gözlənilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri