Azərbaycan neftinin qiyməti 89 dollardan aşağı düşüb



Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,59 ABŞ dolları, yaxud 0,66 % azalaraq 88,9 ABŞ dolları təşkil edib.


Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 89,01 ABŞ dolları təşkil edib.


Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.


Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri