Səbail rayon İcra Hakimiyyəti başçısının oğlu məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən İlham Əsgərli və Əhliman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, prosesdə çıxış edən İ. Əsgərli hadisə nəticəsində yaxın dostunu itirdiyini, peşman olduğunu deyib.

Ə. Süleymanov isə təqsiri olmadığını bildirib.

Bundan sonra hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan edilib.

Hökmə əsasən, İ. Əsgərli 5 il 6 ay, Ə. Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Azadlıqda olan hər iki təqsirləndirilən şəxs məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hadisə 2014-cü il sentyabrın 27-də baş verib. İ. Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə. Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan Sənan Mirzəyev dünyasını dəyişib.

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin, təqsirləndirilən İlham Əsgərli isə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri