Tiflisdə naməlum şəxs avtomobillə Azərbaycan vətəndaşını vuraraq qaçıb

Gürcüstanda naməlum şəxs avtomobil ilə Azərbaycan vətəndaşı Elnur Zeynalovu vuraraq qaçıb.

APA-nın məlumatına görə, hadisə dünən gecə saat 22.00 radələrində Tiflisdə baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü "Volkswagen Golf" markalı avtomobili sürətlə idarə edib və tələbəni vurduqdan sonra maşını saxlamadan hadisə yerindən qaçıb. Tiflis Dövlət Tibb Universitetinin II kurs tələbəsi olan E. Zeynalov dostunun ad günü mərasimindən evə qayıdırmış. Hadisə nəticəsində 1996-cı il təvəllüdlü E. Zeynalov kəllə-beyin travması alıb. Hazırda o, Tiflisin Mərkəzi klinikasındadır.

Polis faktla bağlı araşdırma aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri