Ərinin seksual işgəncələrinə dözməyən qadın evdən qaçdı
- 09.05.2015, 13:29,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Qadın zorla qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edildiyini deyib.
Aprelin 29-dan itkin düşən qadın tapılıb.
Live.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, evli olan qadınla bir neçə gün əlaqə qurmaq mümkün olmayıb.
Hüquq-mühafizə orqanları tərəfindən axtarılan Gülşən Qasımova (ad,soyad şərtidir) artıq tapılıb. O polisə ifadəsində bildirib ki, evdən getməsinə əri səbəb olub.
G.Qasımova həyat yoldaşı, Saatlı rayon sakini 1978-ci il təvəlllüdlü Elnur Quliyev (ad, soyad şərtidir) tərəfindən mütəmadi olaraq döyüldüyünü, zorla qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edildiyini deyib. Belə fiziki və seksual işgəncələrə dözməyən qadın evdən qaçıb.