AYİB: Azərbaycan banklarının konsolidasiyası baş verərsə, yeni yaradılacaq bankın kapitalında iştirak etməyə hazırıq

“Azərbaycandakı bankların konsolidasiyası baş verdiyi təqdirdə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yeni yaradılacaq bankın kapitalında iştirak etməyə hazırdır”.

APA-nin verdiyi xəbərə görə, bunu AYİB prezidenti Suma Çakrabarti Bakıda təşkil etdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, konsolidasiya prosesinə dəstək məsələsi AYİB-in digər ölkələrdə topladığı təcrübə əsasında həyata keçirilə bilər.

“Biz bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmovla bir çox məsələləri müzakirə etdik. Müzakirələrin mövzusu ticarətin maliyyələşdirilməsi, enerji səmərəliliyi, kiçik və orta sahibkarlara kreditlərin ayrılması, kapitalda iştirak məsələlərini müzakirə etdik. Bununla yanaşı, AYİB-in bir çox ölkələrdə topladığı təcrübəni nəzərə alaraq, Azərbaycan banklarının konsolidasiyası baş verdiyi halda, bankımızın bu prosesə necə dəstək vərəcəyi məsələsini də müzakirə etdik”, - deyə S. Çakrabarti qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri