“Eurovision”da münsiflərimiz müəyyənləşdi

“Eurovision”da münsiflərimiz müəyyənləşdi “Eurovision-2015” mahnı müsabiqəsində Azərbaycanın milli münsiflər heyəti müəyyənləşib.


“Qafqazinfo”nun məlumtaına görə, Azərbaycan münsiflər heyətinin tərkibinə bu il Zümrüd Dadaşzadə, Samirə Allahverdi, Tünzalə Ağayeva, Faiq Ağayev, Azər Zeynalov və Fidan Hacıyeva daxil olub. Münsiflər heyətinin sədri Zümrüd Dadaşzadədir.

Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında “Hour of the Wolf” mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri