Bakı sakinindən bir kiloqrama yaxın heroin götürülüb

Yasamal polisi narkotik maddələrin satışı ilə məşğul olan rayon sakini saxlayıb.

APA-nın məlumatına görə, Yasamal rayon sakini Cəbrayıl Camalov 1 kiloqrama yaxın heroinlə tutulub. Polisə ifadəsində o bildirib ki, bir neçə ildir ki, narkotik maddə istifadəçisidir. Onun sözlərinə görə, heroini "20 Yanvar" metro stansiyasının yaxınlığında əvvəllər tanımadığı şəxsdən alıb. C.Camalovun sözlərinə görə, 1 kiloqrama yaxın heroinə o 500 manat pul verib. Pulu isə, idman yarışları lotereyasından udub.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri