Zaqatalada iki nəfər müammalı şəkildə bıçaqlanıb

Zaqatalada iki nəfər müammalı şəkildə bıçaqlanıb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, aprel 30-u axşam saat 22:30 radələrində rayonun Əliabad qəsəbə sakininləri 1996-cı il təvəllüdlü Ruslan Rəhim oğlu Hüseynov döş qəfəsinin sağ nahiyəsinin və sol bazunun üçdəbirinin kəsilmiş və deşilmiş bıçaq yarası, 1994-cü il təvəllüdlü Fərhad Xanlar oğlu Abdullayev isə döş qəfəsinin sol nəhiyyəsinin kəsilmiş və deşilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olublar. Hazırda Zaqatala RMX-nın həkimləri bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olmuş Ruslan Hüseynovun və Fərhad Abdullayevin müayinəsi ilə məşğul olduqları bildirilir və onların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumatda Ruslan Hüseynovun və Fərhad Abdullayevin bıçaqlanması faktı təsdiqlənib. Bildirilir ki, hazırda Zaqatala RPŞ-nin əməkdaşları cinayətin hansı zəmnində baş verdiyini araşdırmaq üçün hadisənin baş verdiyi Əliabad qəsəbəsində axtarış-əməliyyat tədbirləri keçirir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri