Bakıda atasının 8 min manatını oğurlayan şəxs tutulub

Bakıda oğurluq hadisəsi törədən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 28-də saat 12.00 radələrində İqbal Həmidovun Zığ yolu küçəsində yerləşən evindən, açar seçmə yolu ilə 8000 manat oğurlamaqda şübhəli bilinən, həmin ünvanda yaşayan oğlu, 1991-ci il təvəllüdlü Vüsal İqbal oğlu Həmidov saxlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri