Bakı-Quba yolunda "Mercedes" yük maşını ilə toqquşub, 1 nəfər ölüb

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 30-cu kilometrliyində "Mercedes" markalı minik avtomobili ilə "Shagman" markalı yük avtomobili toqquşub.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri