Mina “Son məktub”dan danışdı

Müğənni Mina Sovetski Türkiyənin ən bahalı filmi olan “Son məktub”da rol alıb. “Qafqazinfo”nun məlumatına görə, jurnalistlərə açıqlamasında Mina canlandırdığı obrazdan danışıb:


“ Filmin rejissoru Özhan Eren həm səsi, həm aktrisalıq bacarığı olan azərbaycanlı xanım axtarırdı. “Xoca”nın İstanbulda təqdimatı olanda mətbuat işlərimizlə məşğul olan Filiz xanıma deyib. O da Vahid Mustafayevlə əlaqə saxlayıb. Mənimlə birlikdə bir neçə xanımın səsi, fotoları göndərilib. Özhan bəy də məni seçib. Filmdə azərbaycanlı tibb bacısıyam. Filmdə türkü də ifa edirəm. Nəsrinlə birlikdə rol alırıq”.

Mina Türkiyədə aktrisalara böyük hörmət qoyulduğunu bildirib:

“Türkiyədə böyük qayğı gördüm, aktrisalara çox yaxşı münasibət bəsləyirlər. Aktrisalara hörmət var. Nə istəsən edirlər ki, aktrisa razı qalsın. Sənətimi Türkiyədə davam etdirmək istəyirəm. Yeni təkliflər gəlsə, dəyərləndirəcəm”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri