Tovuzda 4 nəfər tərəfindən zorlandığı deyilən qızla bağlı yeni – TƏFƏRRÜATLAR

Tovuzun Əyyublu kəndindəki gənc qızın 4 nəfər tərəfindən zorlanmasının təfərrüatları məlum olub.

Live.Az xəbər verir ki, bu haqda Milli.Az-a zorlamada təqsirləndirilərək tutulan Elməddin Niyazovun anası Mehriban Yusifova danışıb.

M.Yusifova bildirib ki, baş verənlər oğluna qarşı qurulmuş tələdir: “Oğlum o qədər tərbiyəli oğlandır ki, qonşulara salam verəndə başını aşağı salıb utanır. Bu uşaq tora düşüb. Hərbi xidməti keçən il Hərbi Dəniz Donanmasında yüksək səviyyədə başa vurub. Xidmətdən evə qayıdandan sonra dostu bu qızın nömrəsini verib. Bu qızın çox oğlanlarla münasibəti olub. Həmin qız da oğluma öz adı ilə yox, başqa adla yazır ki, atasızam, anasızam, nənə himayəsində böyümüşəm.

Adım Leyladır. Oğlumun bununla telefonla əlaqəsi olur. Sonra oğlum yayda Rusiyaya gedir. Qayıdanadan sonra gəlib görür ki, telefonuna iki nömrədən xeyli zəng olub. Həmin zəng edən də elə Leyla olur. Bakıda oxuyan Leyla Bakıda təhsil aldığından oğlumu Bakıya, Xırdalanda kirayə qaldığı evə dəvət edir. Lakin oğlumun Bakıya getməsinə icazə vermirəm”.

M.Yusifova hadisənin necə baş verməsindən də danışıb: “Həmin o Leyla martın 18-də Elməddinə yazır ki, bayram tətilinə gəlirəm, səninlə tanış olaram. Martın 20-də yenidən zəng edir ki, mənə kontur yüklə. İki gün sonra isə qız Elməddini Sahib İsgəndərov adına məktəbin yanına görüşə çağırıb. Qız oğlumun maşınına minir. Elməddin evə aparmaq istəyir, amma qız getmək istəmir. Qız oğlumla bütün hərəkətləri öz xoşuna edib. Atası biləndən sonra isə yalandan zorlandığını deyir".

Qeyd edək ki, Tovuz rayonunda 20 yaşlı qız cinsi təcavüzə məruz qalıb. Zorlamada şübhəli bilinən 4 nəfər saxlanılıb.

Bu gün isə E.Niyazovun bir qrup yaxını Baş Prokurorluqda olublar. Onlar baş prokuror Zakir Qaralov tərəfindən qəbul edilmələrini, işə obyektiv baxılmasını tələb ediblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri