Bakıda 22 yaşlı gənc bıçaqlanıb

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 22 yaşlı Dilavər Fərəcov naməlum şəxs tərəfindən bıçaqlanıb. O, iki bıçaq xəsarəti ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Dilavər Fərəcovun vəziyyəti ağırdır, əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri