Azərbaycanda sığorta agentləri gəlir vergisi ödəmək istəmirlər

Azərbaycan Sığortaçılar Assosiasiyası, (ASA) Vergilər Nazirliyi və sığorta şirkətləri sığorta agentlərindən vergi tutulması məsələsini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, bunu ASA-nın rəhbəri Orxan Bayramov III Milli Sığorta Agentləri Forumunda deyib.

Forumda bəzi sığorta agentləri Vergilər Nazirliyinin onlardan 4 faiz sadələşdirilmiş vergi əvəzinə, 20 faiz gəlir vergisi ödəməyi tələb etməsinə görə narazılıqlarını bildiriblər.

Bu onunla əlaqədardır ki, nazirlik sığorta agentlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu hesab edir və buna görə də onlar gəlir vergisi ödəməlidir.

Sığorta agentləri ASA və Dövlət Sığorta Nəzarəti Xidmətindən 4 faiz vergi ödənilməsi şərti ilə bu məsələnin həllinə kömək etməyi xahiş ediblər.

ASA rəhbəri ümid etdiyini bildirib ki, bu məsələ yaxın vaxtlarda həll olunacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri