Bakıda 86 yaşlı kişi evində yanaraq ölüb

Bakının Binəqədi rayonunda 1929-cu il təvəllüdlü Yeqorov Aleksandr Konstantinoviçə məxsus ümumi sahəsi 65 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibi A.K.Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri