Bakıda 18 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib, xəsarət alan var

Bakının Yasamal rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib, 18 maşın toqquşub, xəsarət alan var.

APA-nın verdiyi xəbərə görə, Əsəd Əhmədov küçəsində baş verən qəzaya səbəb daşla yüklü ZİL markalı yük avtomobilinin əyləc sistemində yaranan problem olub.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər xəsarət alıb. Onun 1 saylı Şəhər Klinik Xəstəxanasına aparıldığı bildirilir.

Qəza baş verdiyi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri