Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafada iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun 465-ci km-də, Ağstafa rayonu ərazisində qeydə alınıb.

Rayonun Dağ Kəsəmən kənd sakini, 1938-ci il təvəllüdlü Narkom İbrahim oğlu Namazova məxsus "QAZ-24" markalı avtomobil ilə Ağstafa şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Namiq oğlu Sədiyevə məxsus "Opel" markalı maşın toqquşub. Qəza zamanı "Opel" yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobilin sürücüsü və onun sərnişini, 1991-ci il təvəllüdlü Rüfət Tofiq oğlu İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis idarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri