DİN Kürdəmirdəki ağır yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Kürdəmir rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, martın 19-da saat 15 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində Qazax rayon sakini Cavad Hüseynovun idarə etdiyi “Mercedes”, Şəmkir rayon sakinləri Əbülfəz Əliyevin idarə etdiyi “Mercedes” və Qəhrəman Qəhrəmanovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Q.Qəhrəmanov və sərnişin, həmyerlisi Nüşabə Hüseynova hadisə yerində ölüb, digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri