Şəkidə 76 yaşlı kişi həyat yoldaşını baltalayıb

Şəkidə 76 yaşlı kişi 68 yaşlı arvadını balta ilə qətlə yetirib.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən axşam saat 22 radələrində rayonun Baş Göynük kəndində baş verib.

1939-cu il təvəllüdlü, İslam Zəkəriyyə oğlu Abduyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1947-ci il təvəllüdlü İrayə Məmməd qızı Məmmədovanın baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. İ. Abduyev saxlanılıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri