Salyanda traktor kanala aşıb, 8 yaşlı uşaq ölüb

Salyanda traktorun kanala aşması nəticəsində 8 yaşlı uşaq ölüb.

APA-nın verdiyi məlumata görə, martın 14-də Salyan rayonunun Düzənlik kənd sakini, 1991-ci il təvəllüdlü Yusif Eldar oğlu Abbasov idarə etdiyi traktoru kanala aşırıb.

Traktorda olan qardaşı oğlu, 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Traktorun sürücüsü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Salyan polis şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri