Bakıda toqquşan iki minik maşınından biri tamamilə yanıb

Bakıda ötən gecə yanğınla nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Yasamal rayonunda “AzSamand" və “Hyundai” markalı minik avtomobilləri toqquşub. Nəticədə “AzSamand” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri