Siyəzəndə iki “KamAZ” toqquşub, sürücülərdən biri ölüb

Siyəzən rayonunda "KamAZ" markalı iki yük avtomobili toqquşub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə avtomobillərdən birinin sürücüsü, 1991-ci il təvəllüdlü Zülfüqarov Etibar Tofiq oğlu hadisə yerində ölüb.

Meyit yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri