Kazanda ticarət mərkəzində yanğın zamanı ölən və xəsarət alan azərbaycanlılarla bağlı təfərrüatlar açıqlandı

Rusiyanın Kazan şəhərində “Admiral” ticarət mərkəzində baş verən güclü yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da olub. Bu barədə Trend “TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, xəsarət alan 55 nəfərdən ikisi Azərbaycan vətəndaşıdır.

Hələki ölən Azərbaycan vətəndaşının bir nəfər olduğu bildirilir.

Ölənlərin sayı 14 nəfərə çatıb, 25 nəfərin dağıntılar altında qaldığı güman edilir.

Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısaqapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri