Xırdalanda bacısını güllələyən şəxs tutulub

Xırdalanda bacısını güllələyən şəxs tutulub.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1963-cü il təvəllüdlü Nadir İbrahiməli oğlu Abduləliyev aralarında yaranan münaqişə zəminində bacısı, 1965-ci il təvəllüdlü Aybəniz İbrahiməli qızı Lətifovaya tüfəngdən atəş açıb.

Hadisəni törədən N. Abduləliyev tutulub.



***

Xırdalan bazarında silahlı insident baş verib.

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan Mərkəzi Bazarında qeydə alınıb.

İlkin məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs bacısına atəş açaraq onu yaralayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insident baş verən ərazidə araşdırma aparır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri