Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var

Ötən gecə Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. Qəza zamanı "VAZ 2106" və "BMW" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ 2106"nın sürücüsü yüngül bədən xəsarətləri alıb. Hadisəyə səbəb kimi "VAZ 2106" nın sürücüsünün idarəetməni itirməsi göstərilir. Belə ki, o, əvvəlcə "BMW" yə, daha sonra isə beton piltələrə çırpıb. Qəzadan sonra xəsarət alan sürücü 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri