“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı həbs edilib

Vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bir neçə nəfər polisə müraciət edərək özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsin onlardan işə düzəltmək adı ilə 10 min manat pul aldığını bildiriblər.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağının Mülki Müdafiə Qərargahının rəisi, 1960-cı il təvəllüdlü Əlövsət Əvəz oğlu Məhərrəmov olduğu məlum olub.

Ə. Məhərrəmov barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılaraq, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsində Ə. Məhərrəmov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri