Nəqliyyat Nazirliyi I Avropa Oyunları zamanı nəqliyyat sıxlığının aradan qaldırılması üçün görüləcək tədbirləri açıqlayıb

Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın sıxlığının aradan qaldırılması və nəqliyyat vasitələrinin düzgün idarə olunması üçün bir sıra tədbirlər həyata keçiriləcək.

Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəisi Namiq Həsənov APA-ya deyib ki, bu tədbirlərdən biri də oyunlar keçirilən ərazidə yerləşən parkinqlərlə bağlı olacaq. Belə ki, I Avropa Oyunları zamanı həmin ərazidə yaşayan həyətlərdə kənar şəxslərin avtomobillərini parkinq etmələrinə icazə verilməyəcək. Bunun üçün hətta sakinlərə xüsusi kartlar da paylanılacaq.

“İyun ayında keçiriləcək I Avropa Oyunları zamanı da bu prosesə tam ciddi nəzarət olacaq. Kənar şəxslərin müəyyən edilmiş ərazilərə girərək, park etmələrinə icazə verilməyəcək. Bu tədbirlər görülməzsə, kənar parklanmalar bütövlükdə işin gedişinə mane olacaq”, - deyə N. Həsənov qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri