Bakıda azyaşlı uşağın əli ətçəkən maşında qalıb

Bakıda azyaşlı uşağın əli ətçəkən
maşında qalıb.
APA -nın məlumatına görə, hadisə Masazır qəsəbəsi,
Qaçaq Nəbi küçəsində yerləşən təzə tikilidə qeydə
alınıb. Valideynlərindən xəbərsiz elektrikli ətçəkən
maşını işə salan 3 yaşlı Ballı Məmmədli İsmayıl qızının
sağ əli maşının içində qalıb. Uşağın əlini ətçəkən
maşından ayıra bilməyən qohumlar Fövqəladə Hallar
Nazirliyin 112 "qaynar xətti"nə zəng vuraraq kömək
istəyiblər.
Dərhal hadisə yerinə gələn xilasedicilər xüsusi alət və
avadanlıqların köməyi ilə qızın əlini ətçəkəndən çıxara
biliblər. Ballı Məmmədli daha sonra Elmi - Tədqiqat
Travmatologiya İnstitutuna aparılıb. Həkimlər balaca
qıza sağ əlin əzilmiş, didilmiş yarası, 2-ci daraq
sümüyünün açıq sınığı və barmaq vəzlərinin əzilməsi
diaqnozunu qoyublar. O, müalicə üçün reanimasiya
şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata
görə hazırda yaralının vəziyyəti kafidir. Qeyd edək ki,
hadisə baş verən zaman 3 yaşlı Ballı Məmmədlinin
valideynləri evdə olmayıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri