“Bakı Metropoliteni” gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib

Bakı metrosunda gediş haqqının
artırılması Tarif Şurasının
səlahiyyətindədir.
Bunu APA-ya “Bakı
Metropoliteni” QSC-nin Mətbuat
katibliyi və ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri Nəsimi Paşayev
bildirib.
Onun sözlərinə görə, “Bakı
Metropoliteni” QSC məsələ ilə bağlı
Tarif Şurasına müraciət etməyib.
Qeyd edək ki, Azərbaycanda bu
gündən Tarif Şurasının qərarı ilə yol
vergisi əlavə olunmaqla Aİ-92
markalı avtomobil benzininin
pərakəndə satış qiyməti 1 litr üçün
72 qəpik, dizel yanacağının
pərakəndə satış qiyməti isə 1 litr
üçün 62 qəpik müəyyən edilib.
2015-ci ilin dövlət büdcəsində
bildirilir ki, hal-hazırda bu gün “Bakı
Metropoliteni”ndə gediş haqqı 20
qəpikdir. Lakin real olaraq hər bir
sərnişinin daşınması nisbətən baha
başa gəlir. Dövlət “ Bakı
Metropoliteni”ndən əhalinin ən çox
aztəminatlı hissəsinin sıx istifadə
etdiyini nəzərə alaraq, real gediş
haqqı xərcinin qalan hissəsinin
ödənilməsini öz üzərinə götürüb. Bu
məqsədlə bu bölmədən “ Bakı
Metropoliteni”nə onun fəaliyyətinin
tənzimlənməsi üçün 38 mln. manat
vəsaitin ayrılması nəzərdə tutulub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri